Podolyak Putinin 9 may paradında söylədiklərinə CAVAB VERDİ

9-05-2022, 17:49           
Podolyak Putinin 9 may paradında söylədiklərinə CAVAB VERDİ
“Ukraynada baş verən müharibənin əsas səbəbi Rusiyaya hücum təhlükəsi deyil, Kremlin ağrılı imperiya ambisiyalarıdır”.

Xarici agentliklər xəbər verir ki, Ukrayna Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiya prezidenti Vladimir Putinin bu gün Moskvada keçirilən hərbi paradda çıxışı zamanı Ukraynaya müdaxilənin səbəbləri ilə bağlı açıqlamasına bu sözlərlə cavab verib.

Mixail Podolyakın sözlərinə görə, Ukraynaya qarşı müharibə Rusiyanın imperiya istəklərini həyata keçirməkdən başqa bir şey deyil.

“Təkrar vurğulamaq lazımdır ki, NATO ölkələrinin Rusiyaya qarşı hücum etmək fikri yox idi. Ukrayna da Krıma hücum planlaşdırmırdı. Rusiya hərbçiləri öz vətənlərinin müdafiəsində deyil, başqa bir ölkənin torpaqlarını işğalı zamanı ölürlər. Bu savaşda Rusiyanın imperiya ambisiyalaırnda başqa hər hası optimal faktorun adlarını çəkmək mümkün deyil”, - deyə Ukrayna rəsmisi bildirib.

Xatırladaq ki, Vladimir Putin bugünkü çıxında NATO ölkələrini Krım və Donbasa hücum etməyi planladıqlarını, Rusiyanın Ukraynaya müdaxiləsinin məcburi, vaxtında və yeganə düzgün qərar olduğunu qeyd etmişdi./musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru