"Qalib gəlməsək nüvə müharibəsinə başlayacayıq dünya məhv olacaq" - Simonyan daha bir "öngörüsünü" təqdim etdi VİDEO

25-05-2022, 09:38           
"Qalib gəlməsək nüvə müharibəsinə başlayacayıq dünya məhv olacaq" - Simonyan daha bir "öngörüsünü" təqdim etdi VİDEO
QRusiya KİV-ləri Sputnik və Russia Today-in (RT) baş redaktoru Marqarita Simonyan Rusiyanın dövlət televiziyası “Rossiya-1”də yayımlanan verilişdə müharibə ilə bağlı danışıb.

Simonyan deyib ki, qalib olmasalar, bəşəriyyət üçün pis olacaq:

"Onların hamısı bizim uduzacağımıza, Qərbin isə qalib gələcəyinə inanır. Onlar başa düşmürlər ki, bu mümkün deyil. Bu, qətiyyən mümkün deyil, heç vaxt olmayacaq".

O, həmçinin iddia edib ki, Rusiya münaqişədə öz yolunu tapa bilməsə, nüvə müharibəsi başlayacaq və bütün bəşəriyyət məhv ola bilər.

Simonyan rus tamaşaçılarına da övladlarının heç vaxt Qərb təhsili almayacağına sevinməli olduqlarını deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru