Rusiya azlıqların hüquqlarından bəhanə kimi istifadə edir?

25-05-2022, 11:57           
Rusiya azlıqların hüquqlarından bəhanə kimi istifadə edir?
Rusiya azlıqların hüquqları məsələsindən Ukraynanı işğal etmək üçün bəhanə kimi istifadə etməməsi barədə tənqid edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası (FCNM) üzrə Məşvərət Komitəsi iddia edib ki, Rusiya Ukraynanı işğal etmək üçün “azlıqların hüquqları”nı bəhanə edib.

Avropa Şurasının verdiyi bəyanatda Avropa Şurasının FCNM Məşvərət Komitəsinin Rusiyanın Ukraynaya hücumunu qəti şəkildə pislədiyini və "Moskva administrasiyasının azlıqların hüquqları məsələsindən Ukraynanı işğal etmək üçün bəhanə kimi istifadə etməsindən" təəssüfləndiyini bildirib.

Məşvərət Komitəsinin müharibənin verdiyi itkilərdən və humanitar iztirablardan dəhşətə gəldiyi ifadə edilərək, müharibə bölgələrindəki milli azlıqların, məcburi köçkünlərin və qaçqınların da təsirləndiyi bildirilib.

Ukrayna müharibəsini başlatdığına görə Avropa Şurasından çıxarılan Rusiyanın hazırda FCNM-nin tərəf ölkə və bu komitənin öhdəliklərinə tabe olduğu qeyd edilərək, bu çərçivədə hadisələrin Rusiyadakı azlıqlara təsirinin təqib ediləcəyi qeyd edilib.

Qeyd edək ki, Rusiya əsgərləri fevralın 24-də Ukraynaya hücuma keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru