Şoyqunun "qəsdən edirik" iddiasına Zelenskidən cavab

25-05-2022, 10:05           
Şoyqunun "qəsdən edirik" iddiasına Zelenskidən cavab
Rusiyanın Ukraynada hərbi əməliyyatları qəsdən ləngitməsi ilə bağlı deyilənlər yazıq və qeyri-adekvat açıqlamadır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Üç aydan sonra onlar niyə Ukraynanı sındıra bilmədiklərini izah etməlidirlər”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, ukraynalı həbrçilər indiyədək 30 min rus əsgəri, 200 təyyarə, min tank və digər zirehli texnikaları məhv edib.

Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynada hərbi əməliyyatın sürətini mülki əhalini qorumaq və onları təxliyə etmək üçün qəsdən ləngitdiklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru