“Hayastan” fondu Xocalı ərazisinə köçmüş ermənilər üçün 211 ev tikir… - BU NƏDİ BELƏ?

25-05-2022, 20:50           
“Hayastan” fondu Xocalı ərazisinə köçmüş ermənilər üçün 211 ev tikir… -
Xocalı rayonunun Azərbaycan ordusu tərəfindən azad edilmiş Sığnaq, Moşhmaat, Mədətkənd və s. kəndlərindən könüllü köçmüş ermənilər üçün “Astxaşen” adlandırılmış Daşbulaq kəndi ərazisində separatçı-terrorçu rejim tərəfindən inşa edilən yeni bir qəsəbədə inşa olunan evlərdən 90-ı artıq bu ilin sonunadək istifadə verilməsi nəzərdə tutulur. Teref.az moderator.az-a istinadla xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda separatçı-terrorçu rejimin qanunsuz “şəhərsalma nazirliyi”ndən bildirilib.

“Qəsəbədə ümumilikdə 211 fərdi ev tikiləcək. Ümumi tikinti sahəsi 523 min kvadratmetrdir.

Layihəyə əsasən, tikilməkdə olan yeni qəsəbədə bələdiyyənin yerləşəcəyi bir icma mərkəzi, tibb mərkəzi, 200 nəfərlik sosial tədbirlər salonu, uşaq meydançası və stadion olacaqdır.
90 evin 2022-ci ilin sonuna qədər tam istifadəyə verilməsi planlaşdırılır.

Tikintinin maliyyələşdirilməsi “Hayastan” ümumerməni fondu tərəfindən aparılır.
Podratçı şirkət “Kapavor MMC”-dir”- separatçı qurumun yaydığı xəbərdə belə deyilir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.