Kissincer Rusiyaya güzəştə getməyə çağırıb – “O, Putinin lobbiçiliyini edir”

26-05-2022, 00:00           
Kissincer Rusiyaya güzəştə getməyə çağırıb –
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı maraqlı fikirlər səsləndirib.

O bildirib ki, Ukraynadakı müharibənin nəticəsi hərbi və siyasi baxımdan dünya ölkələri arasında münasibətləri dəyişəcək.

“8 il əvvəl Ukraynanın NATO-ya qoşulması ideyası ortaya çıxanda mən məqalə yazdım və orada qeyd etdim ki, Ukraynanın Şərqlə Qərb arasında körpüyə çevrilmiş neytral ölkələr qrupunda qalması yaxşı olardı. Amma indi bu ideya mövcud olmağı dayandırıb”, - Kissincer bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması ilə bağlı danışıqlar bir-iki aya başlamalıdır. Kissincer hesab edir ki, müharibə geri dönüşü olmayan nəticələr ortaya çıxana qədər bitməlidir. “Yaxın iki ay ərzində danışıqlara başlanılmalıdır. İdeal nəticə Ukraynanın neytral dövlət, Rusiya ilə Avropa arasında körpü rolunu oynaması olardı... Rusiya 400 ildir Avropanın əvəzolunmaz hissəsi və kritik dövrlərdə Avropanın güc balansının qarantı olub. Avropa liderləri bu uzunmüddətli əlaqələri gözdən qaçırmamalı və Rusiyanı Çinlə davamlı ittifaqa itələməməlidir...

Danışıqlarda Rusiyanın məhv etmək istədiyi Ukraynanın suverenlik ehtiyacını ödəyən və eyni zamanda Rusiyanın Avropa ilə münasibətlərinə yumşalma gətirən bir xətt tapılmalıdır. Ancaq indi belə bir xətt tapmaq çox çətindir”,- deyə Kissincer əlavə edib.

ABŞ-da yaşayan azərbaycanlı politoloq Ramiz Yunus Kissincerin fikirlərini şərh edərkən deyib ki, keçmiş dövlət katibi “ameriaklı Gerhard Şröder”dir (Almaniyanın keçmiş kansleri, V.Putinin yaxın dostu və “Qazprom”un Direktorlar Şurasının keçmiş üzvü - red.): “O sadəcə olaraq Kremlin maraqlarını lobbiçilik etməkdə daha möhkəm təcrübəyə malikdir və ona görə də bu qocanın Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı bəyanatlarına və məsləhətlərinə ciddi reaksiya vermək lazim deyil. Bu gün “kollektiv Qərb” ölkələrində Putin rejiminin lobbiçilərinin çoxunun etdiyi kimi, o, sadəcə olaraq öz qonorarı ilə işləyir. Ömər Xəyyam demişkən: “Pul insanı korlamır, onlar yalnız insanın əslində nə olduğunu göstərir”.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.