Rəsmi Bakı və Paşinyan hakimiyyəti Qarabağı sülh sazişinə daxil etmək niyyətində deyil

26-05-2022, 09:08           
Rəsmi Bakı və Paşinyan hakimiyyəti Qarabağı sülh sazişinə daxil etmək niyyətində deyil
Paşinyan bəyan edib ki, Azərbaycanla sülh danışıqlarının iki formatı müzakirə olunur: sülh sazişində Qarabağ məsələsi də yer alsın, yoxsa ayrıca məsələ kimi baxılsın;
Proseslər göstərir ki, rəsmi Bakı və Paşinyan hakimiyyəti Qarabağı sülh sazişinə daxil etmək niyyətində deyil.
Azərbaycan üçün Qarabağ de-fakto və de-yure daxili məsələdir və öz daxili məsələsini Ermənistanla danışıqlar masasına çıxarmaq, İrəvanın “status” mövqeyini gücləndirə bilər.
Teref.az yazır ki, bunu politoloq Asif Nərimanlı deyir. Daha sonra politoloq deyir:
Bakı Qarabağdakı separatçı-terrorçularla bağlı məsələnin həllini sonraya saxlayır və şərtlərin yetişməsi üçün mərhələli strategiya tətbiq edir: sülh sazişi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını de-yure təsdiqləyir və bununla Qarabağdakı ermənilərin Ermənistanla bağı qoparılır; bundan sonra separatçı-terrorçu rejimin ləğvi edilməsi, erməni əhalisinin Azərbaycan vətəndaşlığı altında yaşaması, yaxud da getməsi seçiminin aktivləşməsi imkanları genişlənəcək; Qarabağın sülh sazişinə daxil edilməsi “status” məsələsinin də prosesə daxil edilməsi riskini yarada və Bakı üçün danışıqları ağırlaşdıra bilər;
Ermənistan hakimiyyəti ərazi bütövlüyünün tanınması tələbi ilə sülh sazişinin imzalanmasını qəbul edir, lakin Qarabağ məsələsinin ayrıca komponent kimi saxlanılmasından yanadır: Qarabağ sülh sazişi formatına daxil edilərsə, İrəvan bölgə üzərində Bakının hakimiyyətini tanımış olacaq və bu, daxildə siyasi böhran yarada bilər; Paşinyan Qarabağı ayrıca məsələ kimi saxlamaqla daxili ictimai rəydə və diaspor qarşısında qondarma “arsax”dan imtina etmədiyini göstərmək niyyətindədir; və sülh sazişindən sonra Qarabağ ermənilərini “hüquqi məsələ” olaraq gündəmdə saxlamağı planlaşdırır; erməni baş nazirin “bizim üçün Qarabağ ərazi yox, hüquqi məsələdir” sözləri də buna hesablanıb;
İrəvanın öz maraqları naminə siyasi oyun qurduğu aydındır, hərçənd, sülh sazişinin imzalanması Bakının Qarabağdakı separatçıların təmizlənməsi imkanlarını və mümkün hərbi addımların legitimliyini də gücləndirəcək.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru