Norveçin ən böyük neft şirkəti olan “Equinor” RF ilə bütün ortaq layihələrdən imtina edib

26-05-2022, 12:14           
Norveçin ən böyük neft şirkəti olan “Equinor” RF ilə bütün ortaq layihələrdən imtina edib
Norveçin ən böyük neft şirkəti “Equinor” Rusiya Federasiyası ilə bütün ortaq layihələrdən çəkildiyini açıqlayıb.

Bu barədə şirkətin mayın 25-də yaydığı məlumatda deyilir.

“27 fevral 2022-ci ildə “Equinor” şirkətin Rusiyadakı birgə müəssisələrindən çıxmaq prosesinə başlamaq qərarına gəlib.

O vaxtdan bəri “Equinor” Rusiyaya bütün yeni investisiyaları dayandırıb, Rusiyadan neft və qaz məhsulları ticarətini dayandırıb və 31 mart 2022-ci il tarixinə balansından 1,08 milyard dollar məbləğin silindiyini elan edib”, – deyə məlumatda qeyd edilir.

“Equinor” Rusiyanın dörd birgə müəssisəsindəki payını “Rosneft”ə təhvil verib və bütün gələcək öhdəliklərdən çəkilib. Həmçinin “Xaryaqa” layihəsindən çıxmaq üçün də müqavilə imzalanıb.

“Bütün müştərək müəssisələrdən çıxış Norveç və Aİ-nin Rusiyaya qarşı sanksiya qanunvericiliyinə uyğun olaraq tamamlanıb”, – deyə şirkətdən açıqlama verilib.

Mənbə: Ekonomiçeskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru