Azərbaycan sərhədlərini bağlı saxlayan “gizli əl”

26-05-2022, 17:53           
Azərbaycan sərhədlərini bağlı saxlayan “gizli əl”
"Gürcüstan Azərbaycanla quru sərhədlərin açılması məsələsi ilə bağlı fəal iş aparır".

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) parlament üzvünün sualına cavabında bildirilib. “Business Media” nəşrinin yazdığına əsasən, XİN cavabında məsələnin həlli istiqamətində görülən işlər barədə məlumat təqdim edib. Bildirilib ki, 2020- ci il martın 19- dan Bakı-Tbilisi istiqamətində aviareyslər bərpa olunub, bu ilin iyunun 1- dən isə Bakı Batumi marşrutu üzrə reyslərin həyata keçirilməsinə başlanılacaq.

Qeyd edilib ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərin açılması məsələsi ikitərəfli rəsmi və işgüzar görüşlər zamanı dəfələrlə müzakirə olunub. Hazırda Azərbaycan Gürcüstan, İran və Rusiya ilə quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul etməyib:

“XİN və Gürcüstanın Azərbaycandakı səfirliyi tətbiq edilən mümkün məhdudiyyətlərin yumşaldılması istiqamətində də fəal iş aparır, lakin mövcud vəziyyətə görə hələ də bəzi qaydalar qüvvədə qalır. Aktiv kommunikasiya sayəsində Azərbaycan tərəfinin Gürcüstandan hava yolu ilə səyahət edən sərnişinlərlə bağlı qoyduğu qaydalar artıq ləğv edilib. Quru yolu ilə səfər edənlərə gəlincə, onlar üçün də bu qaydaların yumşaldılması istiqamətində iş aparılır”.

Qeyd edək ki, Gürcüstan ötən ilin iyunun 1-dən quru sərhədlərini açıb. Azərbaycanın qonşu ölkə ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır. Son vaxtlar quru sərhədlərinin açılmasının vacibliyi ilə bağlı dəfələrlə fikirlər səslənsə də, hələ ki, bu istiqamətdə vəziyyət dəyişmir.

May ayının 1-də quru sərhədlərinin açılacağı barədə məlumat yayılsa da, bu da nəticəsiz qaldı. Qarşıdan yay turizm mövsümünün də gəldiyini nəzərə alsaq, quru sərhədlərinin açılması mühüm əhəmiyyət kəsb edir.

Belə olduğu təqdirdə quru sərhədləri niyə açılmır və yaxın günlərdə Milli Məclisdə bu mövzu müzakirə oluna bilərmi?

Teref.az yazır ki, Millət vəkili Razi Nurullayev bununla bağlı Cebhe.info-ya açıqlamasında bildirdi ki, əslində bu məsələ müzakirədən çıxmayıb:

“Hər zaman müzakirə olunur, ancaq hansı səbəbdənsə Nazirlər Kabineti quru sərhədlərini açmaqdan imtina edir. Açığı bunun səbəbi mənə də məlum deyil. Bizim mövqeyimizə gəldikdə, quru sərhəsləri mütləq şəkildə açılmalıdır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda quru sərhədlərinin bağlı olması turizmi “vurur”:

“Turizmin də vurulması 10 minlərlə iş yerinin olmaması deməkdir. Bu baxımdan başa düşülən deyil ki, qonşu ölkələr quru sərhədlərini açmaqda israrlı olsa da Azərbaycan tərəfi quru sərhədlərini açmaqdan niyə imtina edir. Bu da başadüşülən deyil. Ona görə də yaxşı olardı ki, davamlı olaraq bu sualları Operativ Qərargaha və Nazirlər Kabinetinə də ünvanlayın ki, bəlkə bir cavab ala bildik. Biz bununla bağlı heç bir cavab ala bilmirik. Düşünmürəm ki, quru sərhədləri pandemiyaya görə bağlı qalır. Əslində ola bilsin ki, başqa səbəblər var, quru sərhədlər açılmır. Bu səbəblər açıqlansaydı, aydınlıq yaranardı və narahatlıq aradan qalxardı. Hər halda güman edirəm ki, yaxın günlərdə bununla bağlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.