"Bu vəziyyət hələ uzun müddət davam edəcək" - "Qərb bütün Rus dünyasına total müharibə elan edib"

28-05-2022, 08:34           
"Bu vəziyyət hələ uzun müddət davam edəcək" -
"Qərbin indiyə kimi görünməmiş rusofobiyası uzun müddət bizimlə olacaq".

"AzPolitika.info" xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Rusiya subyektlərinin rəhbərləri şurasının iclasında deyib.

O vurğulayıb ki, Qərb bütün Rus dünyasına total müharibə elan edib: "İndi bunu heç kim gizlətmir, bu, absurd həddinə çatır, Rusiya mədəniyyəti ilə bağlı hər şeyin ləğvi səviyyəsinə çatır. Çaykovski, Dostoyevski, Tolstoy, Puşkin kimi klassiklərimiz qadağa altındadır. Bu gün mədəniyyətimizi təmsil edən milli mədəniyyət və incəsənət xadimləri də təqib olunurlar".

Lavrovun sözlərinə görə, bu vəziyyət hələ uzun müddət davam edəcək: “Biz buna hazır olmalıyıq. Bu, soyuq müharibə başa çatdıqdan sonra 30 il əvvəl irəli sürülən ümumbəşəri dəyərlər haqqında gözəl şüarlara Qərbin əsl münasibətini ortaya qoyub. Biz indi bu ifadələrin qiymətinin nədən ibarət olduğunu görürük".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.