Putin ukraynalılara bunu başa saldı - Kirbi

28-05-2022, 09:45           
Putin ukraynalılara bunu başa saldı - Kirbi
Rusiya Prezidenti Vladimir Putin indiyədək Kiyevlə sülh danışıqları aparmaq istəyini ifadə etməyib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Pentaqon sözçüsü Con Kirbi deyib.

Kirbi həmçinin qeyd edib ki, Putin Ukrayna ilə müharibədə indiyədək heç bir strateji məqsədə nail olmayıb:

“O, Ukraynanın suverenliyini əlindən almadı, əksinə, ukraynalılara müstəqilliyin həqiqətən nə qədər vacib olduğunu bir daha göstərdi və onlar hər gün bunun üçün mübarizə aparırlar. O, paytaxtı tutmadı, "hökumətin başını kəsmədi". Mariupoldan başqa heç bir böyük şəhəri ələ keçirməyib”.

O qeyd edib ki, Putin danışıqlara hazır deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru