“Bir il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu” - Zelenski

29-05-2022, 08:21           
“Bir il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ona müharibədən 1 il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu.

APA-nın xəbərinə görə, bu barədə dövlət başçısı Niderlandın NOS agentliyinə müsahibəsində bildirib.
“Ölkəmiz hazırlaşırdı. Bilirdik ki, hər an irimiqyaslı hücum ola bilər. Bizə hələ 1 il əvvəl səngər qazmaq və əhalini köçürmək təklif edilirdi. Bu doğru yol deyildi və cəmiyyətdə çaxnaşma yaratmağa ehtiyac yox idi”, – deyə Zelenski qeyd edib.

Dövlət başçısı bildirib ki, müharibədən 1 il əvvəl belə bir addım atmaq iqtisadiyyat zərbə vura bilərdi: “Hər bir addım maliyyə vəziyyətinə zərbə vurur. Biz bunu müharibə başlayandan sonra daha ciddi hiss etdik. Büdcə kəsirimiz 5 milyardı keçib. Bu kəsr martdan sonra başlayıb. Əgər 1 il əvvəl kampaniyaya başlasaydıq, o zaman iqtisadiyyatımız ümumiyyətlə mövcud olmayacaqdı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru