Serqey Bratçuk: “Rusiyanın bütün Qara Dəniz Donanmasını batıra bilərik”

29-05-2022, 09:08           
Serqey Bratçuk:
“Ukrayna Rusiya Federasiyasının bütün Qara Dəniz Donanmasını batırmaq iqtidarındadır”.

Bu açıqlama ilə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Serqey Bratçuk çıxış edib.


Bu işdə bizə ABŞ-ın gəmi əleyhinə əleyhinə “Harpun” qanadlı raketləri kömək edə bilər. İndi bizə o qədər çox “Harpun” verilib ki, Rusiya Federasiyasının bütün Qara Dəniz Donanmasını batıra bilərik. Niyə də olmasın?” – deyə Serqey Bratçuk vurğulayıb.

Qeyd edək ki, ABŞ istehsalı olan “Harpun” gəmi əleyhinə qanadlı raketlər dünyada ən çox yayılmış və effektiv silahlardan biri hesab olunur.

“Harpun” raketləri hazırda “Boeing” Korporasiyasının müəssisələrində istehsal olunur.

Mənbə: Segodnya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru