Pivə və ət kəskin bahalaşır: Cəmi bir neçə gün sonra tapılmayacaq…
29-05-2022, 12:07

Avropa İttifaqı Ukrayna dəniz limanlarında vəziyyəti diqqətlə izləyir.
Avropalıları ilk növbədə taxıl tədarükü narahat edir.
Teref.az-ın yazdığına görə, Cebhe.info xəbər verir ki, amma təkcə bu deyil, narahatlıq üçün başqa səbəblər də var.
Məsələn, Almaniya supermarketlərində günəbaxan yağı kəskin bahalaşıb. Bəzi ölkələrdə un və günəbaxan yağı kimi malların satışında məhdudiyyətlər var.
Bu da təsadüfi deyil. Ukrayna dünya taxıl ticarəti bazarının 9%-ni tuturdu və Avropa İttifaqı üçün günəbaxan yağının dominant tədarükçüsü idi.
Rusiya Ukraynada müharibəyə başladıqdan sonra taxıl ixracına da xüsusi rüsumlar tətbiq edib. Bir çox Qərb analitikləri hesab edir ki, Rusiya əslində daha əvvəl məhdudiyyətlər qoymağa başlamışdı. İndi isə Ukrayna və Rusiyaya Hindistan da qoşulub. O da taxıl ixracına qadağalar qoyub.
Aİ Ukraynanın öz ixracını tam həcmdə bərpasını istəyir. Rusiya bunun üçün ukraynalıların limanları minalardan özlərinin təmizləməli olduğunu deyir. Ukraynalılar isə rusların dəniz blokadasını qaldırmasının vacibliyini bildirir. Azov dənizindəki Mariupol artıq Kiyev üçün uduzulmuş ərazidir. Əgər “DXR” vədini yerinə yetirsə və bir ay ərzində dağıdılmış limanı yenidən işə sala bilsə belə, Ukrayna malları oradan daşınmayacaq. Halbuki “Forbes”-in məlumatına görə, keçən il Ukrayna dəniz limanları vasitəsilə ümumi məbləği təxminən 47 milyard dollar olan yüklərin 70%-dən çoxunu ixrac edib.
İndi Ukrayna malları quru yolu ilə, əsasən Polşa vasitəsilə ixrac olunur. Digər yol isə Ukrayna şəhərlərindən yan keçməklə Qara dənizdən keçir. İndi Dunaydan çıxışda uzun tıxac yaranıb. Rumıniyanın Ukrayna ixracat gəmilərini qeydiyyata almağa vaxtı yoxdur. Söhbət təbii ki, taxıldan gedir.
Yüzə qədər gəmi Sulina kanalından (Dunay-Qara dəniz) keçməyi gözləyir, çünki bu marşrut birdən-birə Ukraynanın ixrac malları üçün ən qısa və yeganə təhlükəsiz marşruta çevrilib.
Avropanın özündə hələlik taxıl və günəbaxan yağı qıtlığı yaşadığını söyləmək olmaz. Aİ-dəki istehlakçılar daha çox pul ödəmək imkanına malikdirlər. Təchizatçılar da onlar üçün qidanı haradan alacaqlarını bilirlər. Yəni pul varsa, mal da olacaq. Ən çətin vəziyyət ərəb ölkələrindədir.
BMT-nin hesabatına görə, ərəb ölkələri ciddi zərər çəkə bilər. Bütün Yaxın Şərq və Şimali Afrikanın əksər hissəsi Ukrayna və Rusiyanın taxıl tədarükündən asılıdır. Bəzi ölkələrdə problemli idxalın həcmi indi 90%-ə çatıb.
Düzdür, bu, o demək deyil ki, oradakı insanlar çörəyin son qırıntısından da məhrum olacaqlar. Hər halda hökumətlər özlərini belə problemlə üzbəüz qoymaq istəməzlər.
SSRİ dağılandan bəri taxıl ixracı xeyli artsa da, struktur olaraq o qədər də dəyişməyib. Məsələn, buğdanın əhəmiyyətli bir hissəsi "yumşaq" adlandırılan yem sortlarıdır. Bu sortdan adətən çörək bişirmirlər. O, mal-qara və ev quşlarının yemi üçün nəzərdə tutulur. İndi isə Ukrayna və Rusiyadan tədarük dayandırılacağı təqdirdə satışda nə toyuq, nə də mal əti tapılacaq.
Taxıl yoxdursa, təcili olaraq mal-qaranı, toyuqları kəsmək lazım gələcək. Ac heyvan onsuz da uzun yaşamayacaq. Həqiqi aclıq da o zaman başlayacaq. Ətin qiyməti kəskin artacaq, o da əgər tapılarsa…
Avropalıların ödədiyindən üç-dörd dəfə çox pul ödəyib taxıl almağa isə bu ölkələrin əhalisinin gücü çatmayacaq.
Artıq Çexiyada yerli istehsalçılar iyunun əvvəlindən pivə qiymətlərində kəskin, birdəfəyə 10% artım vəd edirlər. Pivə Çexiyanın əsas ixrac məhsullarından biridir. Çexlərin özləri arasında pivə istehlakı dünyada adambaşına düşən ən yüksək rəqəmdir. İndi isə həm çexlər, həm də dünya bu məşhur pivədən məhrum qala bilər. Əsas səbəb xammalın bahalaşmasıdır. Bu, ancaq bir nümunədir. Dünyanı gözləyən çətin günlərin sadəcə bir nümunədə təsviri…