Rusiya müharibədə qalib gəlsə, günahkar Berlin olacaq - İşinqer

30-05-2022, 00:02           
Rusiya müharibədə qalib gəlsə, günahkar Berlin olacaq - İşinqer
“Əgər Putin və ordusu Ukraynada uğur qazansa, bunun üçün kimin günahkar olacağı aydındır - Berlin”.
Teref.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinqer bildirib.
İşinqer Almaniya hakimiyyətini Ukraynaya hərbi dəstəklə bağlı hazırkı yanaşmasını nəzərdən keçirməyə çağırıb.
“Bu (Rusiyanın qələbəsi - red.) Almaniyanın rolu üçün son dərəcə təhlükəlidir. Biz bunun baş verməsinə imkan verməməliyik - nə Ukrayna ilə, nə də bütün mərkəzi Avropa ilə” - o, qeyd edib.
Alman mətbuatının daha əvvəl yazdığına görə, son 9 həftə ərzində Almaniya hökuməti Ukraynaya hərbi dəstəyi minimuma endirib. Qeyd olunur ki, martın 30-dan mayın 26-dək olan müddətdə Ukrayna Almaniya hökumətindən cəmi iki partiya silah alıb. Hər iki partiyada yalnız kiçik cihazlar olub. Jurnalistlərin fikrincə, kansler Olaf Şolts NATO müttəfiqləri ilə razılaşmaları əsas gətirərək Ukraynaya tanklar və zirehli transportyorlar kimi ağır silahlar verməkdən imtina edir./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru