Litvalılar “Bayraktar” almaq üçün pul toplayır

30-05-2022, 10:03           
Litvalılar “Bayraktar” almaq üçün pul toplayır
Litvada ictimai xadim və jurnalist Andrius Tapinasın təşəbbüsü ilə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün “Bayraktar TB2” pilotsuz təyyarəsinin alınması vəsait toplanılır.

Məlumata görə, PUA-nın alınması üçün cəmi beş milyon avro toplamaq lazımdır. Artıq üç gün ərzində üç milyon avro yığılıb.


Bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas da təsdiqləyib.

Məbləğin əsasən kiçik ianələrdən toplanıldığı bildirilib.

Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olan dronların dəqiq sayı məlum deyil.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru