Putin əbədi deyil, öləcək. Onda nə edəcəksiniz?

1-06-2022, 09:35           
Putin əbədi deyil, öləcək. Onda nə edəcəksiniz?
Rusiya Prezidenti Vladimir Putinin ölümü və ölümcül xəstəlikləri barədə xəbərlər informasiya kampaniyasıdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Amma o, əbədi deyil. Bütün bunlar bitəndə nə edəcəksiniz? Bu, şəxsi məsuliyyət məsələsidir. Putinin dövründə nə etdiniz? O, bütün bu adamyeyən qərarları nə vaxt təsdiqlədi? İştirakçı, yoxsa müxalif idiniz?” - müşavir söyləyib.

A.Arestoviç Putinin səhhətində problemlərin olduğunu da qeyd edib:

"Bu, şübhəsiz ki, bir məlumat kampaniyasıdır. Bu, Putinin siyasi xadim kimi dünyasını dəyişməsindən sonra onun ətrafındakı hər kəsi öz şəxsi perspektivləri haqqında düşünməyə yönəltmək məqsədi daşıyır. Bu, yeri gəlmişkən, yaxşı hekayədir, çünki onun səhhətində həqiqətən problem var. Bu, adi gözlə görünür. Bu problemlərin miqyası bəlli deyil. Hər halda qocalır, gəncləşmir. Stalinin necə öldüyünü xatırlayırıq. Sadəcə yardım almadı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru