"Xəzər qazının ölkə balansına daxil olmasına maraqlıyıq"

2-06-2022, 11:28           
"Xəzər qazının ölkə balansına daxil olmasına maraqlıyıq"
Macarıstan Xəzər qazının enerji balansına daxil olmasında maraqlıdır. AzVision.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Xəzər qazının Avropya çatdırılmasının çoxalmasına və boru kəmərinin potensialının artırılmasına ehtiyac var:
"Bunun üçün investisiyalar yatırılmalıdır. İnvestisiyalar çoxalmasına nail olmasaq bu, nağıl olacaq".

Nazir qeyd edib ki, Xəzər qazının Avropaya çatdırılması ideologiya, reallıq və həqiqət məsələsidir:
"Avropa ittifaqları ölkələri əlavə resurslarının cəlb edilməsi istiqamətində düşünməlidir. Enerjinin qiymətləri də vacib məsələdir, insanların yaşam tərzinə təsiri var. Enerji balansını dəyişdikdə qiymət dəyişmərsə, bu qədər işə ehtiyacı olmayacaq. Biz Xəzər qazının ölkə balansına daxil olmasına maraqlıyıq. Amma biz hazırki enerji təminatından da əl çəkməyəcəyik. Bu insanlar üşün böyük qiymətlər deməkdir".

P.Siyatro əlavə edib ki, enerji sanksiyaları onların qırmızı xəttidir: "Neftlə bağlı Rusiyaya sanksiyalar edilə bilər, amma təbii qazla bağlı sanksiyalara razı ola bilmərik. Bizim 85 faiz təbii qazımız Rusiya tərəfindən təmin olunur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru