Rusiya ABŞ və NATO-ya xəbərdarlıq etmişdi... - Hipersonik raketlərlə vuruldu!

3-06-2022, 00:09           
Rusiya ABŞ və NATO-ya xəbərdarlıq etmişdi... -
Rusiya qüvvələri Ukraynanın qərbindəki təchizat xətlərini vurub.

Sfera.az Britaniyanın “The Sun” qəzetinə istinadla bildirir ki, hücumda hipersonik raketlərdən istifadə edilib. Hesabatda Ukraynada NATO-nun təchizat xəttinə hipersonik raketi ilə hücum edildiyi qeyd olunub.

Bildirilir ki, Qara dənizdə döyüş gəmisindən atılan raketlər Karpat dağlarında yerləşən Beskidi dəmir yolu tunelinə düşüb.

Hədəfə götürülən dəmir yolu tuneli Ukraynanı NATO üzvü Slovakiya ilə birləşdirir. Dəmir yolu Lvov və AB arasında əsas nəqliyyat xəttidir.

Sözügedən hadisə ilə bağlı Ukrayna rəsmisi Anton Qeraşenko və Lvov qubernatoru Maksim Kozitiski də məlumat verib. Hər iki məmur hücum xəbərini təsdiqləyib və hücumun məqsədinin dəmiryolunu sıradan çıxarmaq və təchizat xətlərini pozmaq olduğunu vurğulayıb.

Rusiya mənbələri hücumların “Kalibr” raketləri ilə həyata keçirildiyini açıqlayıb.

Bu döyüş başlıqları daha əvvəl mart ayında Ukraynanın hərbi infrastrukturuna hücum etmək üçün istifadə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru