Zaxarova ABŞ-ın ona sanksiya tətbiq etməsindən danışdı

3-06-2022, 00:08           
Zaxarova ABŞ-ın ona sanksiya tətbiq etməsindən danışdı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Teleqram kanalında ABŞ-ın sanksiyalar siyahısına salınmasını şərh edib.
Teref.az xəbər verir ki, Zaxarova yazıb:

“Düzünü desəm, uzun müddətdir Amerikanın sanksiyalar siyahısında olduğuma əmin idim. İllərdir ki, vizalar normal şəkildə verilmir. Xarici hesablarım və ya buna bənzər bir şeyim yoxdur. Daşınmaz əmlakım da. “Tərəfdaşların» növbəti performansı...”

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya rəsmilərinə qarşı sanksiyalar siyahısını genişləndirib.

Sanskiya tətbiq olunanlar siyahısına bu dəfə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiyanın tikinti və mənzil-kommunal təsərrüfat naziri İrek Fayzullin və Rusiya Federasiyası Baş nazirinin müavini və Hökumət Aparatının rəhbəri Dmitri Qriqorenko, Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikov və nəqliyyat naziri Vitali Saveliyev daxil edilib. (Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru