Rus əsgərləri Putinə səsləndi: “Yemək, dərman yoxdur, vəziyyət ağırdır"

3-06-2022, 16:25           
Rus əsgərləri Putinə səsləndi:
Ukrayna müharibəsi başlayandan bu yana ilk dəfə “ac və dərmansız” olduqlarını iddia edən rus əsgərləri kameralar qarşısına keçərək Rusiya Prezidenti Putinə üsyan ediblər. Sosial mediada geniş əks-səda doğuran videoda rota komandiri “Əsgərləri ölümə göndərməkdən nə qazanılır?” sualını verib.

Teleqraf.com xəbər verir ki, aylardır vaxtaşırı gündəmə rus əsgərlərinin Ukraynada yaşadıqları bəlalardan şikayətlənməsi, əmrlərə tabe olmması və silahlarını yerə qoymasına dair məlumatlar gəlir.

"Telegram"da yayımlanan kadrlarda separatçı “Donetsk Xalq Respublikası”nın 113-cü atıcı alayından olduqlarını, Ukraynaya döyüşmək üçün göndərildiklərini qeyd edirlər. Putinə müraciət edən əsgərlər aylardır ki, dərmansız və ərzaqsız qaldıqlarını qeyd edirlər.

Əsgərlərinin lazımi avadanlıq və tibbi xidmətlə təmin olunmadığını deyən rota komandiri heç bir şəkildə hərbi xidmətə çağırılmamalı olan xroniki xəstəlikləri olan kişilərin müharibənin ortasına atıldığını iddia edib:

“113-cü atıcı alayın 5-ci piyada batalyonu Ukraynanın Xerson vilayətində ön cəbhədə olub. Maddi yardım, tibbi ləvazimat və yeməksiz bir müddət döyüşə bildik. Əsgərlər heç bir tibbi müayinədən keçmədən döyüş meydanına göndərilliblər. Bizim batalyonda elə adamlar var ki, “Donetsk Xalq Respublikasının” qanunlarına görə əsgərliyə getməməlidir. Xroniki xəstəlikləri olanlar, psixi problemləri olan insanlar var. Zabitlərinizə hörmət edin. Əsgərlərinizi ölümə göndərməkdən nə əldə edirsiz?”.

Sonra digər əsgərlər də şikayətlərini bildiriblər.

Ali komandanlıq isə onların şikayətlərini təxribat kimi açıqlayıb.

Qeyd edək ki, sosial mediada geniş əks-səda doğuran videoçarx Donbasda şiddətli və qanlı qarşıdurmaların getdiyi bir zaman ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru