Rusiya, Azərbaycan, Ermənistan sərhəd və digər nəzarət üzrə mövqelərdə bir araya gəliblər

4-06-2022, 09:13           
Rusiya, Azərbaycan, Ermənistan sərhəd və digər nəzarət üzrə mövqelərdə bir araya gəliblər
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçukun, Şahin Mustafayevin və Mher Qriqoryanın birgə sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə ediblər və mövqelərini yaxınlaşdırıblar.

Bu barədə Rusiya Federasiyası hökumətinin saytı xəbər verir.

“Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər”, - xəbərdə bildirilir.

Baş nazirlərin müavinləri həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər. “Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər”, - rəsmi məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru