“Heç bir nuvə zərbəsi olmayacaq, nə taktiki, nə də strateji” – “Bu, blefdir!”

4-06-2022, 09:18           
“Heç bir nuvə zərbəsi olmayacaq, nə taktiki, nə də strateji” – “Bu, blefdir!”
Rusiya strateji nüvə qüvvələrinin təlimini keçirir, Vladimir Putin hansısa nüvə zərbəsinə hazırlaşmır.

Bu barədə Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko Feysbukda yazıb.

«Təlimlərdə «Yars» strateji kompleksi hərəkətə gətiriləcək. Bu komplekslər 11 min kilometrlik məsafədəki hədəfi vura bilir» - o, qeyd edib.

Strateji təlimin keçirilməsini şərh edərkən Denisenko yazıb: «Heç bir nuvə zərbəsi olmayacaq, nə taktiki, nə də strateji. Putin zərbə hazırlamır. Bu, blefdir. Putinin nəhəng komplekslərindən biri - Karib böhranı kompleksidir. O, çox istəyir ki, bunu təkrar etsin, amma bu dəfə udmaq şərtilə. Onun bütün hərəkətlərinə bu nöqteyi-nəzərdən baxmaq lazımdır. O, inanır ki, Co Bayden zəifdir və Bayden onun blefinə inanacaq».

DİN başçısının müşavirin sözlərinə görə, Baydenin Ukrayna barədəki məqaləsinə Putin amerikalılara izah kimi yox, rəqibin zəifliyi kmi baxır və hesab edir ki, onu bir qədər də sıxmaq lazımdır ki, o, təslim olsun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru