Hafiz Hacıyevin müavini istefa verdi Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini istefa verib.
Demokrat.az- a daxil olan məlumata görə, Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova bir neçə gün öncə istefa verib. Xatırladaq ki, Könül İsmayılova 2015-ci ildən Müasir Müsavat Partiyasında sədr müavini vəzifəsində çalışırdı.