Rusiya cəhənnəmə gedir...

5-06-2022, 18:33           
Rusiya cəhənnəmə gedir...
Putin deyib ki, Qərb ona görə Ukraynaya silah verir ki, “silahlı münaqişə“ daha da uzansın. Əlbəttə, bu, “silahlı münaqişə“ yox, əsil müharibədir. Ukraynanı 10 milyon insan tərk edib, ölkənin yüzlərlə şəhəri, kəndi xaraba qalıb.
Ancaq Putin haqlıdır. Qərb Rusiya-Ukrayna müharibəsinin uzanmasında maraqlıdır.Niyə? Çünki Rusiyanın imperialist iddialarını birdəfəlik sıradan çıxarmaq istəyir. Və çıxaracaq. Daha doğrusu, çıxarıb. Rusiya məhv olub. Sadəcə, zaman keçdikcə bu fəlakətin təxəyyülə belə sığmayan miqyası daha aydın şəkildə ortaya çıxacaq…
Putin ABŞ-ın Ukraynaya göndərəcəyi “Himars“ silahlaına da toxunub. Deyib ki, “Qrad“ tipli bu silah qüvvələr nisbətini dəyişmək gücündə deyil. Rusiya prezidenti bir daha vurğulayıb ki, Rusia Ukraynaya göndərilən silahların qarşısını almaq üçün loqistik xətləri sıradan çıxarda bilər. Bunun üçün bütün imkanları var…
Əlbəttə, Putin yalan danışır. 100 gündən çoxdur ki, Ukraynada elə bir hərbi uğur qazana bilməyən Rusiya Qərbə-NATO-ya qarşı vuruşa bilərmi? Bu, nəzəri baxımdan belə mümkün deyil…
Bir daha deyirəm: Rusiya artıq çöküb. Zaman keçdikcə bu çöküşün miqyası daha aydın görünəcək. Bax onada rus xalqı tənəzzülün dibinə yuvarlandığına görə Putini də, onun yaramaz və oğru oliqar sistemini də ayağının altına alıb, tapdalayacaq. Nəzarətdən çıxmış dağıdıcı proseslər Rusiyaya sunami effekti yaşadanda dünya qopacaq. Hələliksə Rusiya Putinin sərsəm iddiaları ilə birlikdə rəsmən cəhənnəmə gedir…
Elbeyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.