Leyen: Ukraynalılar nə istədiklərini dəqiq bilirlər!

6-06-2022, 08:53           
Leyen: Ukraynalılar nə istədiklərini dəqiq bilirlər!
Avropa Komissiyası Ukraynaya effektiv investisiyalar və zəruri islahatlarla bağlı ekspert dəstəyi verəcək və bu da öz növbəsində Kiyevin AB-yə yolunu açacaq.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O bildirib ki, AB Ukraynanın quruma daxil olmasına çalışmalıdır:

"Ukraynalılar nə istədiklərini dəqiq bilirlər. Onlar güclü demokratik cəmiyyətə malik azad gələcək istəyirlər", - o bildirib.

Leyen xatırladıb ki, AK Ukraynanın bərpası üçün ABŞ, BVF, Dünya Bankı, OECD, G20 və ayrı-ayrı ölkələrin təşəbbüslərini və maliyyə dəstəyini birləşdirəcək vahid platformanın yaradılmasını dəstəkləyib:

"Bu platforma Ukrayna tərəfindən idarə olunur və ona məxsusdur. Çünki Ukrayna öz gələcəyinə dair qərar verməlidir. Avropa Komissiyası Ukraynaya effektiv investisiyalar və lazımi islahatlarla bağlı ekspert dəstəyi verəcək. Bu, Avropa Birliyinə gedən yoldur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru