Putin böyük "təmizləməyə" başlayır

6-06-2022, 10:38           
Putin böyük "təmizləməyə" başlayır
Vladimir Putin öz səhvlərini etiraf edə bilmədiyi üçün Rusiyada böyük kadr təmizlənməsinə hazırlıq işartıları var.

Sitat.info xəbər verir ki, bu barədə politoloq İvan Preobrajenski deyib.

"Düşünürəm ki, bu (müharibə əleyhdarı hərəkat) müharibənin lap əvvəlindən yaranıb. Qeyri-rəsmi məlumatlara görə, Kreml işğal olunmuş ərazilərin bərpasını regional büdcələrə, müvafiq olaraq, regional elitaların üzərinə yıxmağa, baş verənlərə görə məsuliyyəti öz üzərindən atmağa çalışır. Mərkəzin alətləri var. O, təbii ki, ondan istifadə edir", - o bildirib.

Politoloqun sözlərinə görə, Rusiyada Ukraynadakı müharibənin əleyhinə olanların sayı artır.

Mütəxəssis qeyd edib ki, indi daha bir “təmizləmə” hazırlanır:

"İndi onun (Putinin) köməkçisi, Yaroslavl vilayətinin keçmiş qubernatoru Mironov yeni kadr komissiyasının rəhbəri təyin edilib. Görünür, söhbət yeni böyük təmizləmədən gedir. Bu, hərbi əməliyyata, Ukraynaya qarşı təcavüzə başlamağın zəruriliyinə şübhə edənlərin təmizlənməsi olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru