"BU HALDA UKRAYNANI MƏHV EDƏCƏYİK" - Putin Qərbi və Kiyevi hədələdi (Yenilənib)

6-06-2022, 10:43           
"BU HALDA UKRAYNANI MƏHV EDƏCƏYİK" -
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın Ukraynaya HIMARS raket sistemləri vermək qərarı qüvvələr balansında heç nəyi kökündən dəyişməyəcək.

Putin rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, Kiyev uzaqmənzilli raketlər alarsa, Rusiya nəticə çıxaracaq. Biz bu günə qədər Ukraynada vurmadığımız hədəfləri məhv edəcəyik.

Putinin sözlərinə görə, Amerikanın reaktiv yaylım atəş sistemlərinin Ukraynaya tədarükü “hərbi əməliyyat”ı dəyişməyəcək, çünki bu cür sistemlər artıq Ukraynada var.

“Əgər onlar təmin edilərsə və veriləcəksə, biz bundan müvafiq nəticə çıxaracağıq və hələ vurmadığımız obyektlərə zərbələr endirmək üçün kifayət qədər olan məhvetmə vasitələrimizdən istifadə edəcəyik”, - Putin bildirib.

Putin qeyd edib ki, fevralın 24-nə qədər Ukraynada 515 MLRS istifadə də olub, onlardan 380-i məhv edilib. Qalanları yenidən təmir-bərpa edilib.

Rusiya prezidenti hesab edir ki, Amerikanın Ukraynaya çoxsaylı buraxılış raket sistemləri (MLRS) tədarükü “xüsusi əməliyyat” zamanı mahiyyətcə heç nəyi dəyişmir: “Gördüklərimizin, eşitdiklərimizin, bildiklərimizin Ukrayna rejiminə etimad və ya inamsızlıqla heç bir əlaqəsi yoxdur, bu, amerikalıların hansı raketləri təmin etməsindən asılıdır. Amma bu gün eşitdiklərimiz və anladığımız raketlərin növündən asılı olaraq düz 45-70 km uçan raketlərdir. Bax, eyni şey “Qradlar”, “Qasırğalar”, “Tornadolar”da da mövcuddur. Onların da 40-70 km uçuş məsafəsi var. Yeni heç nə yoxdur”.

"Amma əgər daha uzaqmənzilli raketlər verilsə, o zaman Ukraynada bir çox hədəfləri məhv etməli olacağıq" -deyə, hədə-qorxu gəlib.

Qeyd edək ki, dünən gecə Rusiya silahlı qüvvələri dəqiq idarə olunan raketlərlə Kiyev yaxınlığını hədəfə alıb. Nəticədə Şərqi Avropa ölkələrinin Ukraynaya tədarük etdiyi tanklar və digər zirehli texnika məhv edilib.

“Kiyevin kənarında yüksək dəqiqlikli uzaqmənzilli havadan buraxılan raketlər Şərqi Avropa ölkələrinin təchiz etdiyi T-72 tanklarını və avtomobil təmiri müəssisəsinin binalarında yerləşən digər zirehli texnikaları məhv edib”, - Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

"AzPolitika.info"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.