ŞRÖDER “ROSNEFT”DƏN GETDİ – “Davam etmək mümkün deyildi”

6-06-2022, 11:04           
ŞRÖDER “ROSNEFT”DƏN GETDİ –
Almaniyanın keçmiş kansleri Gerhardt Şröder və “Şimal Axını -2” qaz kəmərinin əməliyyatçı şirkətinin direktoru, alman biznesmen Mattias Varniq Rusiyanın neft-qaz nəhəngi “Rosneft” dövlət korporasiyasının direktorlar şurasını tərk etdiklərini bəyan ediblər.

Şirkətin mətbuat üçün məlumatında deyilir ki, onlar direktorlar şurasında vəzifələrinin davam etdirilməsinin mümkün olmadığını bildiriblər. “Rosneft” hər iki almana dəyərsiz dəstəkləri üçün təşəkkürünü bildirib.

Şröder “Rosneft”in direktorlar şurasına 2007-ci ildən başçılıq edirdi. O Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hücumundan sonra da vəzifəsindən getməmişdi. Onun bu hərəkəti Almaniyada və başqa ölkələrdə siyasətçilərin böyük hiddətinə səbəb olmuşdu.

Bugünlərdə Avropa Parlamenti Rusiyadakı vəzifəsindən imtina etmədiyi təqdirdə Şröderin sanksiya siyahısına daxil edilməsini tələb edən qətnamə qəbul etmişdi.

Şröder habelə formal olaraq “Nord Stream AG” əməliyyatçı səhmdarlar şirkətinə başçılıq edir. Həm Mattias Varniq, həm də Şröder Rusiya Prezidenti Vladimir Putinin böyük dostları sayılırlar.

Almaniya hökumətinə 1998-ci ildən 2005-ci ilədək rəhbərlik etmiş Şröder Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra xüsusilə kəskin tənqidlərə məruz qalır. O, kansler vəzifəsindən getdikdən sonra Rusiyanın “Qazprom”şirkətinin “ŞimalAxını-2” layihəsində vəzifə tutub.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.