Hindistan hakimiyyəti müsəlmanları qəzəbləndirir- FOTO

6-06-2022, 11:22           
Hindistan hakimiyyəti müsəlmanları qəzəbləndirir- FOTO
Qətər, Küveyt və İranın Xarici İşlər Nazirlikləri Hindistan səfirlərini vəzifəsindən uzaqlaşdırılan və partiya üzvlüyündən məhrum edilən hakim Bharatiya Janata Partiyasının sözçünün müsəlmanlara qarşı çıxışlarına görə geri çağırıb, xəbər agentlikləri xəbər verir. Oman Sultanlığının baş müftisi Əhməd əl-Xəlili müsəlmanları təhqirə cavab verməyə çağırıb.

Qətərlə Hindistan arasında münasibətlərin kəskinləşməsi Hindistanın vitse-prezidenti Venkaya Naidunun əmirliyə səfəri zamanı baş verib. O Qətər rəhbərliyi ilə görüşüb, lakin əmirlik hökumətinin yüksək rütbəli rəsmisi ilə şam yeməyi baş tutmayıb.Из Индии могут выслать 4 миллиона мусульман | Ислам в Украине

Qətər “Hindistanda hakim partiyanın rəsmisinin Məhəmməd peyğəmbərə, İslama və müsəlmanlara qarşı söylədiyi mübahisəli açıqlamalardan məyus olduğunu, tamamilə rədd edildiyini və pisləndiyini” ifadə edib. Qətər partiya sözçünün vəzifədən kənarlaşdırılmasını dəstəkləyib, lakin “Hindistan hökumətindən ictimaiyyətdən üzr istəməsini və bu açıqlamaların dərhal pislənməsini gözləyir”. Qətər Xarici İşlər Nazirliyi hesab edir ki, “bu cür islamafobiya xarakterli çıxışın cəzasız qalması insan hüquqlarının müdafiəsi üçün ciddi təhlükədir və zorakılıq və nifrət dövrünə səbəb ola bilər”.

Qətər rəsmiləri “tolerantlıq, birgəyaşayış və bütün dinlərə və millətlərə hörmət dəyərlərinə tam dəstək verdiklərini” və “bu dəyərlərə əsaslanaraq, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olması üçün yorulmadan çalışdıqlarını” bildiriblər. Xarici İşlər Nazirliyi bildirib ki, Hindistanda “artan islamofob diskursa qarşı mübarizə” aparılmaması “iki milyard müsəlmana qarşı qəsdən təhqir sayılacaq”.Мечети Индии – шедевры исламской архитектуры | islam.ru

Bundan əlavə, Oman Sultanlığının baş müftisi bütün dünya müsəlmanlarını ayağa qalxmağa və təhqiramiz ifadələrə cavab verməyə çağırıb: “Hindistanın hakim partiyasının rəsmi nümayəndəsinin Məhəmməd peyğəmbərə və onun möminlərin anası, saleh həyat yoldaşı Aişəyə qarşı kobud və ədəbsiz iddiası, şərqdə və qərbdə hər bir müsəlmana qarşı müharibədir ki, bu da bütün müsəlmanların ayağa qalxmasını və təhqirlərə cavab verməsini tələb edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.