“Avropada ən ucuz qaz Azərbaycandadır” - Gürcüstanın Milli Komissiyası

6-06-2022, 11:31           
“Avropada ən ucuz qaz Azərbaycandadır” -
Avropada təbii qazın istehlakına görə ən aşağı qiymət Azərbaycandan sonra Gürcüstandadır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının illik hesabatında bildirilib.

Sənədə əsasən, 2021-ci ildə Gürcüstanda qazın istehlakına görə orta tarif bir kubmetrə görə 55 tetri, Azərbaycanda isə 28 tetri təşkil edib. Türkiyədə orta tarifin 80 tetri, Ermənistanda isə 1,06 lari təşkil etdiyi qeyd olunub.

Hesabata əsasən, Avropa ölkələri arasında təbii qazın ən baha olduğu ölkə İsveçdir. Ötən il bu ölkədə “mavi yanacağ”ın bir kubmetrinin dəyəri 5,63 lariyə bərabər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru