“Siz gedə bilərsiniz... Yəqin ki, həqiqətə qulaq asmamaq daha asandır”.

7-06-2022, 09:15           
“Siz gedə bilərsiniz... Yəqin ki, həqiqətə qulaq asmamaq daha asandır”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Avropa Şurasının rəhbəri Şarl Mişelin çıxışı zamanı etiraz əlaməti olaraq BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk edib.
Bu, Mişel Rusiyanı Ukraynada milyonlarla ton taxılın qarşısını almaqda, kənd təsərrüfatı işlərinə maneçilik törətməkdə (o cümlədən mədənçiliklə), taxıl anbarlarını vurmaqda, kənd təsərrüfatı məhsullarını oğurlamaqda və “günahı başqalarının üzərinə atmağa” cəhd etməkdə ittiham etdikdən sonra baş verib.
Mişel rus diplomatının bu hərəkətini "həqiqətləri eşitmək istəməyən qorxaqlıq" adlandıraraq dedi: “Siz gedə bilərsiniz... Yəqin ki, həqiqətə qulaq asmamaq daha asandır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru