Rusiyadan Ermənistana pul daşınır – Rekord məbləğ

7-06-2022, 09:26           
Rusiyadan Ermənistana pul daşınır – Rekord məbləğ
Aprel ayı ərzində Ermənistana xarici ölkələrdə şəxsi pul köçürmələri rekorda səviyyəyə - 357,9 milyon dollara çatıb.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, bu rəqəm mart ayındakından 105,2 milyon dollar çoxdur.

Pul köçürmələri bütün ölkələrdən azalıb, əvəzində isə Rusiyadan kəskin artıb. Belə ki, ABŞ-dan 4,7 milyon dollar (mart ayı ilə müqayisədə 7,7%), digər ölkələrdən isə 6,9 milyon dollar (mart ayı ilə müqayisədə 9,1% az) az vəsait köçürülüb. Rusiyadan köçürmələr isə 116,8 milyon dollar (iki dəfə çox) artıb.

İllik müqayisədə Rusiyadan köçürmələr fevralda 1,6 dəfə, martda 1,9 dəfə, apreldə isə 3,7 dəfə çox olub.

Erməni mediasının iddiasına görə, Rusiyadan köçürmələrin bu qədər kəskin artmasına səbəb bu ölkəyə tətbiq edilən sanksiyalardır. Belə ki, sanksiyalardan sonra Rusiyadan onminlərlə İT mütəxəssisi çıxıb. Onların bir qismi Ermənistana pul köçürərək, vəsaitlərini bu yolla ölkədən çıxarıblar.

Bunun sübutu kimi ölkədən çıxarılan vəsaitlər göstərilib. Belə ki, aprel ayında Ermənistandan 150,7 milyon dollar xarici ölkələrə çıxarılıb – bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 56,9 milyon dollar çoxdur.

Mart ayında isə Ermənistandan pul çıxarılması rekord səviyyədə olub – 162,1 milyon dollar.

Erməni mediası bunu həmin ərəfədə Ermənistana gələn onmunlərlə rusiyalı ilə izah edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.