Bu, Ukrayna üçün ölüm deməkdir - Podolyak

8-06-2022, 08:59           
Bu, Ukrayna üçün ölüm deməkdir - Podolyak
Ukraynanın bu gün Rusiyanın şərtləri ilə sülh müqaviləsi imzalamaqla müharibəni bitirməsi mümkün deyil.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.

O, belə bir müqavilənin nəzəri cəhətdən imzalanmasından sonra da Rusiyanın əraziləri ələ keçirməyə davam edəcəyini vurğulayıb:

“Ona görə də təbii ki, Ukraynanın bu gün Rusiyanın şərtləri ilə sülh müqaviləsi imzalamaqla müharibəni bitirməsi mümkün deyil. Bu o deməkdir ki, biz yaxın gələcəkdə Ukrayna dövlətçiliyinə son qoyacağıq. Yəni bir-iki-üç il və bu halda daha böyük müharibə olacaq”.

Onun fikrincə, istənilən müharibə sülh müqaviləsi və ya müharibənin nəticələrinin hüquqi təsbiti ilə başa çatır.

"Avropa başa düşməlidir ki, Ukrayna 2014-2015-ci il şərtləri ilə razılaşmayacaq, çünki Ukrayna üçün bu, ölüm kimi bir şeydir", - Podolyak qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru