Ukrayna NATO-dan əlini üzüb

9-06-2022, 00:06           
Ukrayna NATO-dan əlini üzüb
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iyunun 28-30-da Madriddə keçiriləcək NATO sammitində ölkəsi ilə bağlı müsbət qərarlar gözləmədiyini etiraf edib.

Cebhe.info “Evropeyskaya Pravda”-ya istinadən xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, Ukraynada Alyansın fəaliyyəti üçün səslənən tənqidləri düzgün hesab edir. "Mən demişəm ki, NATO bir təşkilat olaraq 2022-ci il fevralın 23-dən sonra Ukrayna üçün heç nə etməyib, bu sözə görə məni burada tənqid etdilər. Sonra mən soruşdum ki, alyansın nə etdiyini göstərin? Və məlum oldu ki, onların müsbət fəaliyyətinə dair heç bir qərar yoxdur", - o izah edib.

Buna əsaslanaraq nazir bildirib ki, Alyansın keçiriləcək yeni sammitindən fərqli qərarlar gözləmir.

"NATO-nun Madriddə keçiriləcək sammitindən böyük gözləntilərim yoxdur. NATO sammitindən real gözləntilərim orada bir möcüzənin baş verəcəyidir", - deyə o vurğulayıb.

"Əlbəttə, biz "dəstək", "həmrəylik" sözləri eşidəcəyik, lakin hələlik mən Alyansın Ukrayna ilə bağlı hazırladığı güclü qərarların, hətta Qara dənizin təhlükəsizliyi ilə bağlı qərarların heç bir əlamətini görmürəm", - nazir izah edib.

Kuleba ilk dəfə deyil ki, NATO-nu qeyri-kafi qərarlara görə tənqid edir. Gürcüstan da NATO sammitinə dəvət olunacaq. Ukraynanın da dəvəti var, lakin logistik mülahizələrə görə iştirakın hansı səviyyədə olacağı məlum deyil. Vurğulayaq ki, Ukrayna hökuməti artıq Rusiyanın Finlandiya və İsveçə təhdidləri fonunda Ukraynanın NATO-ya qəbuluna eyham vurur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.