G7 Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq imkanlarını araşdırır

9-06-2022, 10:18           
G7 Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq imkanlarını araşdırır
G7 ("Böyük Yeddilik") ölkələri Rusiyadan tədarük olunan neftin qiymətinin müəyyən edilməsi imkanını müzakirə edirlər. Bu cür müzakirələr Moskvanın gəlirlərini azaltmaq və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək məqsədi ilə aparılır.

Bu barədə “Report” ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın bəyanatına istinadən xəbər verir.

O qeyd edib ki, enerji məsələlərinə dair danışıqlar bir çox kanallar vasitəsilə aparılır.

"Bu kanallardan birini "Böyük Yeddilik" ölkələri liderlərinin etibarlı adamları olan şerpalar təmsil edir. Görək, həm enerji mövzusunda, həm də Rusiyanın neft gəlirlərinin azaldılmasının müxtəlif variantları üzrə ümumilikdə hansı uğura nail olacağıq", - Sallivan deyib.

Bir gün əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen deyib ki, Birləşmiş Ştatlar Moskvanın onun satışından əldə etdiyi gəliri məhdudlaşdırmaq şərti ilə Rusiya neftinin dünya bazarına çıxarılmasının əleyhinə deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru