"Digər keçmiş SSRİ ölkələri də Avrasiya İqtisadi İttifaqına daxil ola bilər" - Kremldən DƏVƏT

9-06-2022, 12:37           
 "Digər keçmiş SSRİ ölkələri də Avrasiya İqtisadi İttifaqına daxil ola bilər" - Kremldən DƏVƏT
Gələcəkdə keçmiş SSRİ-dən olan ölkələr Avrasiya İqtisadi İttifaqına(Aİİ) daxil ola bilər. DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
Nur-Sultanda davam edən "Qazaxıstan və Rusiya. Aİİ çərçivəsində əməkdaşlığın aktual istiqamətləri" adlı konfransda çıxış edən Overçuk həmçinin qeyd edib ki, sanksiyaların müəllifləri Aİİ dövlətlərini Rusiya ilə əməkdaşlıqdan çəkindirməyə çalışırlar.

- Təzyiq Rusiya iqtisadiyyatını zəiflətməyə yönəlib və sanksiyaların müəllifləri gözləyirlər ki, bu tədbirlər Aİİ dövlətlərini Rusiya ilə əməkdaşlığa görə qorxuya salacaq, əlaqələrimizi pozacaq, - Overçuk deyib.

O həmçinin vurğulayıb ki, əvvəllər bütün iqtisadiyyat ilk növbədə Avropa ilə əlaqələr üzərində qurulmuşdu və Rusiya son onilliklərdə inkişaf etmiş logistika zəncirlərini qırmaqla bağlı çətinliklər yaşayır.

Qeyd edək ki, Aİİ Gömrük İttifaqı və Vahid İqtisadi Məkan əsasında yaradılmış beynəlxalq inteqrasiya iqtisadi birliyidir və 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərir. Hazırda Aİİ üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru