"Severodonetski ruslardan üç günə “təmizləyə” bilərik" - Qayday Ukraynaya veriləcək silahlardan danışdı

9-06-2022, 18:23           
"Severodonetski ruslardan üç günə “təmizləyə” bilərik" -
Ukrayna hərbçiləri Qərbdən uzaq mənzilli silahlar alarsa, Severodonetskdə olan rus işğalçılarını tez bir zamanda darmadağın edə biləcəklər.

SİTAT.İNFO xəbər verir ki, bu barədə telemarafonun efirində Luqansk vilayətinin başçısı Sergey Qayday məlumat verib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Qərbin uzaqmənzilli silahlarını tez bir zamanda alarsa, o zaman artilleriya dueli başlayacaq və Rusiya Qərbə uduzacaq.
Qaydayın sözlərinə görə, işğalçılar hazırda silahlı qüvvələrin nəzarətində olan sənaye zonasına güclü zərbələr endirirlər. Əgər ordu lazımi silahları alarsa, o zaman ruslar artilleriya duelində qalib gələ bilməyəcək.

"Ruslar öz primitiv taktikalarına sadiq qalırlar: ağır artilleriya atəşi, sonra - müdafiəni yarmaq cəhdləri. Eyni şey artıq dağıdılmış Rubijne və Popasnada da baş verdi. Düşmən bizim nəzarət etdiyimiz sənaye zonasına güclü zərbələr endirir. Əgər Qərbi tez razı salsaq, uzaq mənzilli silahlar, sonra artilleriya dueli başlayacaq. “Sovetşina” Qərbə uduzur və bizim müdafiəçilər iki-üç günə Severodonetski təmizləyə biləcəklər”, - Qayday vurğulayıb.

Onun sözlərinə görə, şəhərdə küçə döyüşləri davam edir. Ruslar Lisiçansk-Baxmut magistralına nəzarət etmirlər, lakin daim ora hücum edirlər.

Ləman Sərvanqızı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.