Politoloq: “Rusiyanın dövlət rəhbərləri çox aqressivləşiblər, hədlərini aşırlar”

10-06-2022, 00:09           
Politoloq: “Rusiyanın dövlət rəhbərləri çox aqressivləşiblər, hədlərini aşırlar”
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmişə ermənipərəst mövqedə, Ermənistanın dostu olub. Milliyəti də ermənidir. Onun Azərbaycana qarşı hörməti yoxdur. Lavrovun yerində başqası da olsa, yenə bu proses davam edəcək. Rusiya imperiyası XVIII əsrdə Pyotrun dövründən ermənilərə necə dəstək veribsə, bu gündən sonra da verəcək. Son zamanlar Rusiya Federasiyasının dövlət rəhbərləri çox aqressivləşiblər. Hədlərini aşırlar. Rusiya-Ukrayna müharibəsi ərəfəsində Sergey Lavrov, ümumiyyətlə diplomatik etika qayda-qanunlarını çox pozur. İsrail dövləti, yəhudilər haqqında fikri və.s. Son zamanlar artıq bizə qarşı da hədələyici fikirlər bildirir. Hətta deyirdi ki, Ermənistan-Azərbaycan sərhədini rus əsgəri qorumalıdır…”

Teref.az xəbər verir ki, bu sözləri Pravda.az-a politoloq Teymur Qasımlı Sergey Lavrovun Ermənistan səfəri zamanı Azərbaycan əleyhinə çıxışı barədə danışarkən deyib.

Politoloq bildirib ki, Lavrovun Ermənistanda səsləndirdiyi fikirlər absurddur: “Fərrux Azərbaycan Respublikasının ərazisidir. Fərrux kəndində də, Xankəndi və ətrafındakı ərazilərdə də Azərbaycanın suverenliyi bərpa olunacaq. Son zamanlar Ermənistanla Azərbaycan arasında sərhəd komissiyaların fəaliyyəti, iki ölkə liderinin Avropa Birliyinin moderatorluğu ilə görüşməsi, atılan addımlar Rusiyanı narahat edir. Moskva narahatlığını açıq şəkildə bildirir ki, bura Qərbin gəlməsini istəmir. Ermənistandakı mitinqlərin də arxasında Rusiya var. Ona görə də Lavrovun çıxışında təəccüblü nəsə yoxdur. 2020-ci ilin 10 noyabrdan sonra Rusiya tərəfi götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib. Son zamanlar da aqressivləşib. Ukrayna ilə müharibədə Azərbaycanı yanında istəyən Rusiya bunu görə bilmir. Ona görə də Azərbaycana qarşı açıq fikirlər səsləndirir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.