"2020-ci ildə dünya sıfırlanıb və bundan sonra dörd ssenari üzrə inkişaf edəcək..."

10-06-2022, 08:15           
"2020-ci ildə dünya sıfırlanıb və bundan sonra dörd ssenari üzrə inkişaf edəcək..."
"Adalaşma", rədd olsun "startaplar", SSRİ-yə doğru, irəli!"

"Biz beynəlxalq təsisatların dağılması dövrünə qədəm qoyuruq"

Texnoloji suverenlik Apple Pay- in mobil telefonda applikasiyanı ayırmağa heç kimin imkanının olmaması deməkdir.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəqəmsal və texnoloji inkişaf məsələləri üzrə xüsusi nümayəndəsi Dmitri Peskov RBK-nın "Fikir" rubrikasında dərc etdiyi məqaləsində deyilir.

Peskov texnoloji suverenliyin olmamasını belə səciyyələndirib:

"Bu, istənilən saniyədə çatda olduğunuz messencerin kəsilməsi deməkdir. Əvvəllər bu, fantastika kimi qəbul edilib, bu gün bu, gerçəklik, risk və təhlükədir".

Müəllifin fikrincə, 2020-ci ildə dünya faktiki olaraq sıfırlanıb və bundan sonra dörd ssenari üzrə inkişaf edəcək:

"Bizim adlandırdığımız "Yeni sol millətçilik" ssenarisi, - bu, "əlindən almaq və bölmək", milli iqtisadiyyatın bərabərliyi və üstünlüyü deməkdir.
America first, İndia makes və s.

"Yaşıl postkapitalizm"in qurulması ssenarisi birbaşa pul qazanılması modelindən imtina edilməsi və ekologiyaya diqqət göstərilməsi, karbohidrat izini nəzərdə tutur.

Daha bir ssenari "adalaşma", iri texnoiqisadi blokların ayrılması deməkdir.

Və sonuncu ən maraqlı ssenari "Yarımparçalanma dövrü"dür, biz beynəlxalq təsisatların dağılması dövrünə qədəm qoyuruq".

Peskov "adalaşma"nı yaxın illədə ən ehtimal ediləm ssenari adlandırıb:

"Praktiki olaraq qlobalizmə və XX əsrin qlobal təhlükəsizlik sisteminin sonuna zəmanət vermək olar. Qlobal texnoloji bazarların həddən artıq yüklənməsi, texniki standartların milliləşdirilməsi, kritik malların relokalizasiyası baş verəcək. Yəni ölkələr, bütün iri texnoiqtisadi bloklar qida istehsal etmək istəyəcək, dərmanlar və başqa şeylər ərazində olacaq. Bu, indi baş verənlərdir. Bizi nə gözləyir?

Texnoloji suverenlik bizim ssenarimizin o hissəsinin gerçəkləşməsidir ki, bizim özümüzün əsas olduğumuz öz "adamızı" necə yaratmaq olar, biz böyümüşük, biz onlara cavabdehik. Bu, yaxın on ildə bizim üçün; habelə ABŞ, Çin, ola bilsin ki, Hindistan kimi ölkələr üçün başlıca tarixcə olacaq.

Peskov liberal birliyin klassik diskursuna tənqidi yanaşır, bunun da mahiyyəti bundan ibarətdir:

"Ümumiyyətlə, biz keçmişi bərpa edəcəyimiz zaman dünya gələcəyə sürətlə addımlayacaq və biz həmişəlik geridə qalacağıq".

"Mən şəxsən Sovet İttifaqında doğulub böyümüşəm, bu ölkə mümkün olmayan məsələləri həll etməyi xoşlayıb.

Əgər texnoloji suverenlik quracağıqsa, nəyi vurğulamaq vacibdir?

Hər şeydən əvvəl, bizim 2022-ci ilin yeni "soyuq müharibə"miz təsəvvürlər səviyyəmizi, koqnitiv səviyyəmizi. Bu, baş verənlərin ən mürəkkəbi, ən ağrılısıdır. Koqnitiv suverenlik problemini həll etmədən texnologiyalarla məşğul olmağın mənası yoxdur. Koqnitiv suverenlik o deməkdir ki, sizin beyninizə yad məna qoymaq olmaz və sizin sizə lazım olanları sizə sırınan yad bir şeydən ayırmaq üçün kifayət qədər qabiliyyətiniz var.

Rusiyada son 20 ildə iqtisadiyyat, texnologiya və təhsil səviyyəsində koqnitiv suverenlik mövcud olmayıb. Bizə deyirdilər:
"Baxın, o ölkədə belə bir yaxşı praktika var", gəlin, onu tətbiq edək. Əslində isə ən yaxşı praktiklər çox zaman toksiki olur. Bir nəfərə uyğun gələn bir şey başqası üçün tamamilə uyğun deyil. Və biz bir sıra koqnitiv tələyə düşürdük, bu da bizə görünməmiş həcmdə resurslar hesabına başa gəlib", - Peskov yazıb.o

Müəllifin fikrinə görə, texniloji suverenlik "təhlükəsizliyin təmini, enerjinin alınması, ərzaq müstəqilliyə nail olunması, birinci dərəcəli zəruri malların istehsalı, nəqliyyat əlaqəsi, informasiya, istehsal vasitələrinin istehsal vasitələrinə çıxışı kimi sadə məsələləri həll etməlidir".

Peskov texnoloji suverenliyin təcridə, dalana gətirib çıxaracağı fikri ilə qəti şəkildə razı deyil.

"Texnoloji suverenlik təcrid demək deyil. Bu, başqa ölkələrlə alyans yaradılanda danışıqlarda güclü mövqe deməkdir. Sizin mübadilə fondunuz ya var, ya da yoxdur.

Texnoloji suverenliyə nail olunması ölkənin nöqteyi-nəzərincə nə deməkdir?

Ölkədə ikinci sənaye meydana çıxmalıdır, yəni nazirliklərə və korporasiyalara deyil, işləyib hazırlayan komandalara, orta texnoloji şirkətlərə və universitetlərə əsaslanan sənaye. Mən onları mühəndis korporasiyaları adlandırıram, bu, dərhal səhmlər dəyərinin əldə edilməsinə deyil, son məhsulun istehsalına və bazarın yaradılmasına yönəlib.

Müəllif yeni texnoloji təşəbbüslərin dəstəklənməsinə münasibəti dəyişməyi təklif edir.

"Startapları sadəcə startap olmasına görə dəstək praktikasına hazırlığa son qoyulmalıdır. Bizim universitetlər ayrı-ayrı texnologiyalar üzrə ixtisaslı sifarişçilərin mövqeyinə çıxmalıdır.

Bu tarixçədə ən əsas qəhrəman özü texnoloji suverenlik yaradan adamdır. İnsan tarixinin müxtəlif dövrlərində tacirlər, tədqiqatçılar, maliyyəçilər olub. Hazırda startaplar dövrü sona yetir.

Mənin dərin inamım ondan ibarətdir ki, gələcə dayanıqlı mühəndis sistemlərini yaratmağı bacaran, uzun müddət işləyən, dərin fundamental biliklərə əsaslanan, stavkaların və riskin yüksək olması və parlaq gələcəyə hədəflənən mühəndis komandalarınındır", - Peskov belə yazıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.