“Kreml Qərbin Ukraynadan bezməsini gözləyir” – “Əsas çağırışlar soyuq aylarda olacaq”

10-06-2022, 08:13           
“Kreml Qərbin Ukraynadan bezməsini gözləyir” –
“Kreml gözləyir ki, Qərb Ukraynadan nə vaxt bezəcək və ona silah göndərməyi dayandıracaq. Belədə Ukraynanı işğal etmək daha asan olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons yerli mətbuata açıqlamasında söyləyib.

Səfir hesab edir ki, Rusiya hakimiyyətinin indiyə qədərki gözləntiləri özünü doğrultmayıb və Qərb fantastik birlik nümayiş etdirib: “Tamamilə aydındır ki, onlar Qərb ölkələrinin yayınacaqlarını (Ukraynaya yardımdan-red.) gözləyirdilər. Əminəm ki, Qərb ölkələrinin müharibənin birinci mərhələsindəki Ukraynaya siyasi, hərbi dəstəyi və sanksiyalara dair birliyi Putin üçün çox gözlənilməz oldu. Bu birlik fantastik idi, lakin gözlənilməz deyildi”.
Ətraflı

Britaniya səfiri bildirib ki, Ukraynanı və Qərb ölkələrini əsas sınaq qış aylarında gözləyir: “Daha böyük çağırışlar soyuq aylarda qarşıya çıxacaq. Çox şey beynəlxalq birliyin qərarlarından, onun Rusiya enerji daşıyıcılarından asılılığı nə dərəcədə azalda bilməsindən asılı olacaq”.

M.Simmons deyib ki, məhz həmin situasiyada Qərbin Ukraynaya münasibəti sınağa çəkilmiş olacaq: “Hesab edirəm ki, Qərbdəki tərəfdaşlar arasında gərginlik artacaq. Ancaq ümid edirəm ki, bu gərginlik konstruktiv xarakterli olacaq və biz daha böyük birlik göstərəcəyik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.