NATO-nun keçmiş baş katibi Alyansı müharibədə qalibiyyət üçün Ukraynanı bütün vasitələrlə təmin etməyə çağırıb

10-06-2022, 11:34           
NATO-nun keçmiş baş katibi Alyansı müharibədə qalibiyyət üçün Ukraynanı bütün vasitələrlə təmin etməyə çağırıb
Hərbi Alyans “bu müharibədə qalib gəlmək” üçün Ukraynaya “döyüş vasitələri” ilə kömək etməyə borcludur.

Bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “Sky News”a bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin anladığı yeganə dil “güc və birlik dili”dir.

“Ona görə də biz bütün silahların tədarükü yolu ilə və Rusiyanın maliyyələşdirilməsini dayandıraraq maksimum təzyiq göstərməyə davam etməliyik”, - deyə o qeyd edib.

“Düşünürəm ki, Avropa İttifaqı Putinin hərbi maşınının maliyyələşdirilməsini dayandırmalıdır”, - deyə Anders Foq Rasmussen vurğulayıb.

O, Rusiya neftinin təxminən 75%-nin idxalına qadağa qoyulmasını Aİ tərəfindən düzgün ilk addım kimi dəyərləndirib, lakin bunun ardınca qaz embarqosunun gəldiyini də bildirib.

“Bu, Putinin döyüş maşınını diz çökdürəcək”, - deyə o qeyd edib.

Mənbə: Evropeyskaya Pravda












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.