Fransa SQ-dən sürpriz: Estoniyada 100 desantçı “peyda oldu”

24-06-2022, 10:44           
Fransa SQ-dən sürpriz: Estoniyada 100 desantçı “peyda oldu”
Fransa Silahlı Qüvvələri Estoniyada gözlənilməz hərbi təlim keçirərək, Rusiyaya qonşu olan ölkəyə 100-dən çox desantçı endirib.

Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, çərşənbə axşamı keçirilən hava-desant əməliyyatı çox qısa müddətdə Fransanın 11-ci hava desant briqadasının 100-ə yaxın desantçısını Estoniya əsgərlərinin mühafizə etdiyi əraziyə endirməyə imkan verib.

Departament əlavə edib ki, Estoniyada tələsik təşkil edilən təlimlər Rusiyanın Ukraynadakı müharibəsi fonunda “strateji həmrəylik” aktı kimi həyata keçirilib.

“Hava-desant əməliyyatı Fransa Silahlı Qüvvələrinin fövqəladə vəziyyətlərə müdaxilə etmək və müttəfiq ölkəyə dəstək vermək qabiliyyətini nümayiş etdirir”, - deyə Fransa Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru