İran Zəngəzura konsul təyin etdi – “Artıq İrəvandadır”

11-08-2022, 18:21           
İran Zəngəzura konsul təyin etdi – “Artıq İrəvandadır”
“Artıq İranın Qafana baş konsulu təyin edilib. Həmin şəxs Abedin Varamindir”.

TEREF teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İran parlamentinin erməni deputatı Robert Beqlaryan məlumat verib.

Onun sözlərinə görə, konsul İrəvandadır və artıq görüşlər keçirib.

Beqlaryan təəssüflə qeyd edib ki, bürokratik problemlərə görə konsulun dərhal işə başlaması prosesi bir qədər yubanır:

“Bildiyimə görə, baş konsulluğun yerləşəcəyi ərazi və ya bina hələ hazır deyil".

Ötən aylarda İranın Qafandakı (Zəngəzur) baş konsulluğunun il ərzində açılacağı məlumat yayılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.