ABŞ Əfqanıstanın 7 milyard dollara yaxın aktivlərini mənimsəyir - Dövlət reketçiliyi

16-08-2022, 00:08           
ABŞ Əfqanıstanın 7 milyard dollara yaxın aktivlərini mənimsəyir -
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Əfqanıstan Mərkəzi Bankının ABŞ-da saxlanılan, təxminən, 7 milyard dollarlıq aktivlərini qaytarmamaq qərarına gəlib və bu məsələ ilə bağlı “Taliban”la danışıqları dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əl-Zəvahiri öldürüldükdən sonra ABŞ “Taliban” hərəkatının rəhbərlik etdiyi Əfqanıstan hökuməti ilə aktivlərin qaytarılması ilə bağlı danışıqları dayandırıb.
Bundan başqa, ABŞ tərəfi Əfqanıstan iqtisadiyyatını sabitləşdirmək üçün vəsaitin bir hissəsinin yardım və digər əməliyyatlar üçün istifadəsini istisna edib.

Nəşr qeyd edir ki, hazırda Əfqanıstan Mərkəzi Bankının inflyasiyanın qarşısını almaq, məzənnəni sabitləşdirmək və “qeyri-sağlam iqtisadiyyatı” dirçəltmək üçün dondurulmuş xarici aktivlərə ehtiyacı var.

ABŞ isə növbəti dəfə reket dövlət olduğunu göstərərək, milyonlarla insanın açlıqdan əziyyət çəkdiyi Əfqanıstanın pulunu mənimsəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru