Ermənistan Qərb-Rusiya çaxnaşmasına qurban gedir

27-09-2022, 09:35           
Ermənistan Qərb-Rusiya çaxnaşmasına qurban gedir
Ermənistan bu gün elə bir vəziyyətdədir ki, daxili siyasi arenada kəskin addımlar respublika üçün ciddi problemlər yarada bilər.

Axar.az xəbər verir ki, bu fikirləri erməni politoloq Armen Baqdasaryan deyib.

O bildirib ki, indi İrəvan Rusiya-Qərb qarşıdurmasının Ermənistan ərazinə keçməsinin qarşını almağa çalışmalıdır:

“Əgər bu baş versə, Ermənistan hərbi əməliyyatların teatrına çevriləcək. Bu məqamda həm Rusiya əleyhinə şüarlardan, həm də rusiyayönümlü kəskin addımlardan çəkinmək gərəkdir.

Ölkədə ciddi daxili siyasi təlatümlər başlasa, ümummilli etiraz dalğası yüksəlsə, o zaman bu və ya digər ərazinin sifariş olunub-olunmamasının heç bir əhəmiyyəti yoxdur. Bu, ikinci, hətta üçüncü prioritet məsələdir. Düşünmürəm ki, “Bever” bu cür addımlarla öz rolunu və ya siyasi çəkisini artıra biləcək. Onlar qarşıya qoyulan məqsədlərə nail olmayacaqlar, lakin belə hadisələr Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”, - politoloq hesab edir.

Qeyd edək ki, qərbyönlü siyasi alyans “Bever” sentyabr və oktyabr ayları üçün İrəvanda genişmiqyaslı mitinqlərə başlamağı planlaşdırır.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.