`Əsəd haqda mahnı oxuyun` - Zaxarova Camalanı ələ saldı

16-05-2016, 12:06           
`Əsəd haqda mahnı oxuyun` - Zaxarova Camalanı ələ saldı
Xəbər verdiyimiz kimi, İsveçin paytaxtı Stokholmda keçirilən "Eurovision 2016" mahnı müsabiqəsində Ukraynanı təmsil edən Camala qalib gəlib.

AzVision.az xəbər verir ki, Camalanın ifa etdiyi “1944” adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir.

Camalanın qələbəsi Rusiya tərəfindən bimənalı qarşılanmayıb. Rusiyanın XİN rəsmisi Mariya Zaxarova sosial şəbəkəsindəki səhifəsində ironik şəkildə bildirib ki, növbəti yarışmada Bəşər Əsəd haqda mahnı oxuyarlar.

“Hesab edirəm növbəti müsabiqədə Əsəd (Suriya prezidenti Bəşər Əsəd-red) haqqında oxuyarlar. Nəqarəti məndən: “Əsəd qanlı, Əsəd ən pis". Mükafatı bizə verin ki, növbəti il biz yarışmaya ev sahibliyi edək" .













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru