Ermənistan eskalasiyanın hər an yenidən alovlana biləcəyi vəziyyət yaradır.

29-09-2022, 09:48           
Ermənistan eskalasiyanın hər an yenidən alovlana biləcəyi vəziyyət yaradır.
Sərhəddə erməni təxribatından dərhal sonra Paşinyanın atdığı tvit məqsədi bir daha ortaya çıxarır: Bakıya qarşı beynəlxalq təzyiqə və ordumuzun mövqelərindən geri çəkilməsinə nail olmaq;
Nikolun tviti iki istiqamətdədir:
Birincisi, beynəlxalq birliyi Azərbaycana qarşı çıxmağa çağırır, lakin bu çağırışda yeni və mühüm detal da gizlənib: “bu, Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına hücumdur” iddia edir erməni baş nazir və “demokratiya” ifadəsini xüsusi vurğulamaqla Qərbə “Bakı bölgədə demokratiyaya qarşıdır” mesajını ötürür, həmçinin, öz cəbhəsini nümayiş etdirir;
İkincisi, sərhəddə “beynəlxalq müşahidəçilərin yerləşdirilməsi zəruriliyini” qeyd edir: hələ ötən il bu məsələni gündəmə gətirən Paşinyanın məqsədlərindən biri “alternativ imkanların” olduğunu göstərərək, Rusiyanın dəstəyini əldə etmək idisə, indi artıq “beynəlxalq müşahidəçilər” adı altında Qərb qüvvələrinin, xüsusilə ABŞ və Fransanın “müşahidə missyaları”nın bölgəyə qapısını aralamağa çalışır;
Ermənistan eskalasiyanın hər an yenidən alovlana biləcəyi vəziyyət yaradır.
Asif Nərimanlı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.