İranda aksiyalar pik həddə: cəsədi gizli olaraq... - TƏFƏRRÜAT

6-10-2022, 12:30           
İranda aksiyalar pik həddə: cəsədi gizli olaraq... - TƏFƏRRÜAT
İranda Mahsa Əmininin ölümü ilə başlayan aksiyalar dördüncü həftəsinə qədəm qoyur və indi etirazlarda iştirak edən 16 yaşlı Nika Şekaraminin ölümü nümayişçiləri daha da qəzəbləndirib.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, İranda polislə nümayişçilər arasında baş verən toqquşmalarda ölənlərin sayı 100-ə çatıb, 1500-dən çox insanın saxlanılıb.

Bildirilib ki, İranın ali dini lideri Ayətullah Xameneinin göstərişi ilə istintaqı tamamlanan 620 nəfər azad edilib.

İranda qadın hərəkatının əsas şüarı “Qadın, həyat və azadlıq” idi. Elburz vilayətinin Kərəc bölgəsində küçələrdə bu şüarları səsləndirən bir qrup gənc qızın görüntüləri paylaşılıb.

İranlı politoloq Esfandyar Batmanghelidj deyib ki, əgər bu etirazlar uğur qazansa, şübhəsiz ki, qız tələbələrin sayəsində olacaq.

Məhsa Əmininin ölümü ilə bağlı iğtişaşlar davam edərkən, bu dəfə etirazlar zamanı yoxa çıxan və sonradan ölü tapılan 16 yaşlı Nika Şekarami gündəmə gəlib. Nikanın meyiti 10 gün sonra ailəsinə göstərilib. Zərbələrdən onun burnu əzilib, kəllə sümüyü sınıb.

BBC Farsca xəbər verir ki, Nikanın cənazəsi ailəsinə təhvil vermək əvəzinə, bazar ertəsi axşam gizli şəkildə başqa kənddə dəfn edilib. İddialardan sonra dünən Nikanın ölümü ilə bağlı istintaq başladılıb.

Digər tərəfdən, Amerikanın “Wall Street Journal” qəzetində aparılan təhlilə görə, İranda əxlaq polisinin zorakılığına qarşı etirazların davam etməsinə səbəb olan əsas problemin iqtisadi vəziyyətin getdikcə pisləşməsidir.

2015-ci ildə İran əhalisinin 20 faizi yoxsulluq həddinin altında olduğu halda, hazırda bu göstərici əhalinin ən azı üçdə birini təşkil edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.