Putin Qarabağdakı vəziyyəti müzakirəyə çıxardı –Kremldən rəsmi açıqlama

17-05-2016, 22:51           

Rusiya prezidenti Vladimir Putin Rusiya-ACEAN sammiti öncəsi Dövlət Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, həmçinin ölkədaxili aktual məsələləri müzakirə edib.

Bu haqda Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Müşavirədə Rusiya-ACEAN sammitinə hazırlıq müzakirə edilib" – deyə, Peskov əlavə edib.

Onun sözlərinə görə, müşavirə iştirakçıları Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyana görüşü ilə bağlı fikirlərini bölüşüblər.

Müşavirədə Dövlət Dumasının spikeri Serqey Narışkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun müavini Rəşid Nurqaliev, daxili işlər naziri Vladimir Kolokolçev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, xarici kəşfiyyat xidmətinin başçısı Mixail Fradkov iştirak ediblər(Musavat.com).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.